вторник, 25 февраля 2014 г.

Təbiət ümumi evimizdir.

Biz təbiətin qoynunda yaşayırıq.O, bizi yedirir,suyumuzu verir, yaşamaq üçün lazım olan hər şeyi biz ondan alırıq.Meşələrdə ov edirik, qurumuş ağaclardan odun kimi istifadə edirik.Ucsuz-bucaqsız tarlalarda müxtəlif qida məhsullari yetişdiririk.Dənizlər,okeanlar, çaylar bizi balıqlarla və digər dəniz məhsulları ilə təmin edir. Faydalı qazıntılar bizim metallara və enerji mənbələrinə olan tələbatımızı ödəyir.Buna görə də təbiəti qorumaq, ona sevgi ilə yanaşmaq hamımızın borcudur.Daim çalışmalıyıq ki, onun nemətlərindən qənaətlə,səmərəlı, vıcdanla bəhrələnək.Onu çirklənmədən qorumaq üçün əlımızdən gələni etməliyik.
Bu istiqamətdə görüləcək işlərin ən əhəmiyyətlisi enerji mənbələrindən istifadə olunmasının ən optimal yolunu tapmaqdır.Ənənəvi enerji mənbələrındən mümkün olduqca az istifadə olunmalıdır.Əvvəla, neft,qaz, daş kömür, odun və s. kimi mənbələr getdikcə azalır və nə zamansa sonu gələcəkdir.İkincisi, bunların istifadəsi zamanı yaranan yanma məhsulları atmosferi,ətraf mühiti çirkləndirir.İri sənaye müəssisələrinin buraxdığı zəhərlı qazlar atmosferi çirkləndirməklə bərabər, "Parnik effekti" yaradaraq, qlobal istiləşməyə səbəb olur.Bunun nəticəsidir ki,Yerin qütb zonalarındakı buzlaqlar kütləvi şəkildə əriməyə başlamış,güclü fırtınalar,tufanlar, subasmalar meydana gəlmişdir.
Dənizlər, okeanlar,göllər, çaylar zəhərli tullantılarla zəhərlənmiş və bu səbəbdən bir çox qiymətli balıq növləri, quşlar, heyvanlar məhv olmuş, ya da nəsıllərı kəsilmək üzrədir.  

11 комментариев: