вторник, 25 февраля 2014 г.

Nəticə

                                                   Çıxış yolunu necə görürük
Ənənəvi enerji mənbələrindən istifadənı mümkün olacaq qədər minimum həddə endirmək.Bu mənbələrdən o zaman istifadə olunmalıdır ki, başqa enerjilərin onları əvəz etməsı ya mümkün deyil, ya da sərfəli olmur.Bu enerjidən istifadə edərkən yanma məhsulları xüsusi qurğularla zərərsizləşdirilməlidir.Zəhərli tullantılar xüsusi yeraltı anbarlarda bastırılmalıdır.
İstifadəsi mümkün olan bütün hallarda ekoloji cəhətdən təmiz enerji mənbələrinə müraciət edilməlidir. Məsələn, evlərin qızdırılmasını, elektrik enerjisi ilə təhcizini Günəş batareyalarının hesabına təmin etmək olar.
Benzinlə və digər yanacaqlarla işləyən qurğuları da Günəş batareyalarnın köməyi ilə hərəkətə gətirmək olar.
Daha qlobal şəkildə bu məsələ əkinə yaramayan sahələrdə, dağlarda çoxlu sayda Günəş batareyalarının və külək elektrostansiyalarının quraşdırılması yolu ilə həll oluna bilər.     

Ekoloji təmiz enerji



                                                 Ekoloji təmiz enerji nədir.
Yer üzündə həyatın yaranması,davam etməsı, canlı aləmin çoxalması və inkişafı Günəş enerjisi hesabına  baş vermişdir.Günəş tükənməz,  fasiləsiz enerji mənbəyidir. Yarımkeçirici elementlərin imkanlarından yararlanaraq, yaradılmış Günəş batareyalarında Günəş enerjisı elektrik enerjisinə çevrilir və xüsusi qurğularda toplanır.İnkişaf etmiş qabaqcıl ölkələr bu ucuz və tükənməz enerjidən səmərəlı istifadə etmək istiqamətində mühüm layihələr həyata keçirmiçlər  və bu işi daha qlobal şəkıldə davam etdirirlər.
Yer atmosferində baş verən hava axınları, yənı küləklər də ucuz,ekoloji cəhətdən təmiz enerji mənbəyidir.Hərəkət edən hər bir cisim kimi külək də miqyasa gəlməyəcək kinetik enerjiyə malıkdir.Hələ qədim zamanlardan insanlar külək dəyirmanları quraraq, bu enerjidən bacarıqla faydalanmışlar.Elm və texnikanın inkişafı ilə bağlı külək enerjisini elektrik enerjisinə çevirən külək elektrostansiyaları yaradılmışdır.
Avropanın bir çox dövlətləri, ABŞ, Kanada, Yaponiya bu enerji mənbəyindən bacarıqla faydalanırlar.Həmin ölkələr bu istiqamətdə yenı-yenı layihələr üzərində işlərini davam etdirirlər.Günəş və külək enerjisindən istifadə zamanı ekoloji problemlər minimum olur.

Təbiət ümumi evimizdir.

Biz təbiətin qoynunda yaşayırıq.O, bizi yedirir,suyumuzu verir, yaşamaq üçün lazım olan hər şeyi biz ondan alırıq.Meşələrdə ov edirik, qurumuş ağaclardan odun kimi istifadə edirik.Ucsuz-bucaqsız tarlalarda müxtəlif qida məhsullari yetişdiririk.Dənizlər,okeanlar, çaylar bizi balıqlarla və digər dəniz məhsulları ilə təmin edir. Faydalı qazıntılar bizim metallara və enerji mənbələrinə olan tələbatımızı ödəyir.Buna görə də təbiəti qorumaq, ona sevgi ilə yanaşmaq hamımızın borcudur.Daim çalışmalıyıq ki, onun nemətlərindən qənaətlə,səmərəlı, vıcdanla bəhrələnək.Onu çirklənmədən qorumaq üçün əlımızdən gələni etməliyik.
Bu istiqamətdə görüləcək işlərin ən əhəmiyyətlisi enerji mənbələrindən istifadə olunmasının ən optimal yolunu tapmaqdır.Ənənəvi enerji mənbələrındən mümkün olduqca az istifadə olunmalıdır.Əvvəla, neft,qaz, daş kömür, odun və s. kimi mənbələr getdikcə azalır və nə zamansa sonu gələcəkdir.İkincisi, bunların istifadəsi zamanı yaranan yanma məhsulları atmosferi,ətraf mühiti çirkləndirir.İri sənaye müəssisələrinin buraxdığı zəhərlı qazlar atmosferi çirkləndirməklə bərabər, "Parnik effekti" yaradaraq, qlobal istiləşməyə səbəb olur.Bunun nəticəsidir ki,Yerin qütb zonalarındakı buzlaqlar kütləvi şəkildə əriməyə başlamış,güclü fırtınalar,tufanlar, subasmalar meydana gəlmişdir.
Dənizlər, okeanlar,göllər, çaylar zəhərli tullantılarla zəhərlənmiş və bu səbəbdən bir çox qiymətli balıq növləri, quşlar, heyvanlar məhv olmuş, ya da nəsıllərı kəsilmək üzrədir.